Rüstəm oynamadı, komandası məğlub oldu
Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Poltava “Vorskla”sı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Zədədən əziyyət çəkən Rüstəm bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Eldar isə bu oyunda 90 dəqiqə meydanda olub.
8 turdan sonra 6 xalı olan “Minay” 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin