Rüstəm oynamadı, Eldarlı “Minay” 4 qola üzüldü
Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dnepr-1” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Eldar da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib. Quliyev 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Rüstəmin adı isə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
13 turdan sonra 8 xalı olan “Minay” 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin