Rüstəm Orucov Almaniyada bürünc medala sahib oldu
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, cüdoçumuz yalnız beynəlxalq turnirin çempionu, yaponiyalı Şohei Onoya uduzaraq 3-cü yeri tutub.
Rüstəm Orucov Əlcəzair, İtaliya, Polşa və Rusiya idmançılarını məğlub edərək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Orucov dalbadal 2-ci dəfədir ki, Düsseldorf turnirini medalla başa vurub.
Almaniyada keçirilən “Böyük Dəbilqə” turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparır. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin