“Neftçi” rəsmisindən transferi gözlənilən Mirzovla bağlı açıqlama

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Rusiya mətbuatına açıqlamasında yarımmüdafiəçi Reziuan Mirzovla danışıqların aparıldığını təsdiqləyib.

Komanda.az “Sport-Express”ə istinadən xəbər verir ki, klub rəsmisi futbolçunun agenti ilə danışıqlar aparıldığını söyləyib:

“Hazırda futbolçu və onun agenti ilə danışıqlar aparırıq. Sonra o, tibbi müayinədən keçməlidir. Hər şey qaydasında olsa, o zaman “Neftçi” futbolçu ilə müqavilə bağlaya biləcək. Biz Mirzovla danışıqlarımızı davam etdirsək də, müqavilə imzalanmayıb” .

Mirzovun son klubu 2020-ci ildən çıxış etdiyi “Ximki” olub. O, ötən mövsüm 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button