Rusların Bakıdakı çempionata buraxılması xaos yarada bilər – Açıqlama

İtaliya Taekvondo Federasiyasının prezidenti Ancelo Çito rusiyalı və belaruslu taekvondoçuların Bakıda keçiriləcək dünya çempionatına buraxılmasını şərh edib.

Komanda.az xəbər verir ki, o, rusiyalı və belaruslu taekvondoçuların Paris Olimpiadasına buraxılıb-buraxılmayacağının dəqiqləşdirilməli olduğunu deyib:

“Biz ilk növbədə bilməliyik ki, rusiyalı idmançı Paris Olimpiadasına buraxılacaqlar, ya yox. Əks halda, biz təsnifat mərhələsini korlamış olacağıq. Bu, lisenziyaların verilməsi zamanı tamamilə xaos yaradacaq. Bu yarışların çoxu Paris Olimpiadasına lisenziya xalları verir. Ola bilər ki, təsnifat yarışında ruslar digər rəqiblərinə qalib gəlsinlər və sonra Olimpiadaya buraxılmasınlar. Ona görə də, əvvəlcədən dəqiq qərar verilməlidir ki, ruslar Olimpiadada yer alacaqlar, ya yox. Əks halda, hər şey çətinləşəcək”.

Taekvondo üzrə dünya çempionatı 29 may-6 iyun tarixlərində keçiriləcək.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button