Ruslar Ukrayna çempionunu ailəsi ilə birgə öldürdü
Sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə həlak olub.
Komanda.az xəbər verir ki, bu barədə məşqçi Yevgeni Leonenko “feysbuk”da məlumat verib. O, Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində 16 yaşlı idmançının atası, anası, nənəsi və iki kiçik qardaşı ilə birlikdə öldüyünü bildirib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin