“Ruslar haqda ancaq yaxşı fikirlər səsləndirə bilərəm” – “Neftçi”nin hücumçusu
“Neftçi”nin hücumçusu Mateus Saldanya “Matç TV Kuboku” çərçivəsində səfər etdikləri Rusiya ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Sport24”-ə istinadən xəbər verir ki, onun ilkin təəssüratları müsbət olub:
“Siyasətlə idmanı qarışdırmağı sevmirəm və bunu etmək istəmirəm. Rusiyaya müsbət emosiya ilə yollandıq. İlk təəssüratlarım necədir? İnsanlar bizi qonaqpərvərliklə qarşıladılar. Ruslar haqda ancaq yaxşı fikirlər səsləndirə bilərəm”.
Beynəlxalq turnirin ilk matçında Bakı təmsilçisi yerli “Zenit” klubuna uduzub – 1:3. Azərbaycan klubunun yeganə qolunu Saldanya vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin