Ruslan Abışovun yeni klubu rəsmən açıqlandı
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlanılıb.
Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb.
Abışovun son komandası “Neftçi” olub.
Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin