Ruslan Abışov: “Hələ karyeramı bitirmək barədə düşünmürəm”

“Zirə”nin müdafiəçisi Ruslan Abışov açıqlama verib.

Komanda.az xəbər verir ki, o, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbirində çıxış edərək bildirib ki, oyunlar vaxtı ciddi yoxlamalar olur:

“Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm. Əvvəllər belə deyildi. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də üç dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra heç bir futbolçumuz ciddi dopinq qalmaqalına düşməyəcək”.

35 yaşlı müdafiəçi hələ karyerasını bitirmək barədə düşünmədiyini də deyib:

“Özümdə güc hiss edirəm. Hələ karyeramı bitirmək barədə düşünmürəm, oynamaq istəyirəm. Amma bu, baş məşqçinin qərarıdır. Oynamağa şans versə, özümü göstərməyə hazıram. Gələcəklə bağlı mövsümün sonunu gözləmək lazımdır. Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidir. Ancaq mən bu fikirlə razı deyiləm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button