Himn əvəzinə kompozisiya, bayraq əvəzinə ağ parça

Misirdə keçiriləcək kişilər arasında həndbol üzrə dünya çempionatında Rusiyanın himnindən və bayrağından istifadə edilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın həndbol federasiyasının direktoru Lev Voronin məlumat verib. Buna səbəb Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi sanksiyalardır.

O, bildirib ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi ilə razılıq əldə ediblər. Buna görə də, yarışda dövlət himni əvəzinə beynəlxalq qurumla razılaşdırılan kompozisiya səsləndiriləcək.

Bundan başqa, Rusiyanın komandası sözügedən turnirdə bayraq əvəzinə ağ parçadan istifadə etməli olacaq.

Kişi həndbolçular arasında dünya çempionatı yanvarın 13-də başlayacaq və yanvarın 31-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button