“Rusiyaya tətbiq edilən sanksiyalar İsrail komandalarına şamil edilmir”

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu Avropa Liqasının liqa mərhələsinin 5-ci turunun “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) matçının Macarıstanda keçirilməsi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, TFF-nin rəhbəri futbolun sülhə, qardaşlığa xidmət etməsini istədiklərini bildirib:

“Biz futbolun sülhə və qardaşlığa xidmət etməsini istəyirik. Amma təəssüf ki, “Beşiktaş”ın buraya gəlməsinin səbəbi budur. Bu gün bu, dünyada, Rusiyada və Ukraynada ikili standartlarla bağlıdır.

Rusiyaya tətbiq edilən sanksiyalar İsrail komandalarına şamil edilmir. Bu komandalar hələ də bütün dünyada idman yarışlarında mübarizə aparırlar. Biz bu gün Türkiyə Futbol Federasiyası olaraq buna müqavimət göstərmək üçün buradayıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button