Rusiyaya karyera qurmaq üçün gedib, ailə həyatı quranlar – Yazı+Fotolar

Futbolçu karyerası ərzində Rusiyaya transfer olunmuş bəzi futbolçular heç gözləmədikləri hadisələrlə də qarşılaşıblar – evlənmək kimi.

Komanda.az karyera qurmaq üçün Rusiyaya gedib, ailə həyatı quran futbolçulardən bəzilərini təqdim edir:

Luis Adriano – Katerina Doroşko

Braziliyalı futbolçu “Spartak”a transfer olunduqdan sonra Katerina ilə tanış olur və evlənməyə qərar verir. Cütlük sosial şəbəkələrdə də böyük maraq dairəsindədir.

Ze Luis – Lesia

“Lokomotiv”dən “Portu”ya transfer olunan Luis də axtardığı sevgini Rusiyada tapanlardandır. O, məşhur rəqqasə Lesia ilə evlidir.

Salvatore Boqqetti – Yekaterina Maltseva

Karyerasının böyük bir hissəsini İtaliyada keçirən Boqqetti, Rusiyaya transfer olunarkən orda evlənməyi düşünmürdü yəqin ki. Amma o, Rusiya macərasına evlənməyi də əlavə etdi.

Kristian Noboa – Olqa Romanova

Uzun illər “Rubin”də forma geyinən venesuelalı Noboa Kazanda Olqa ilə tanış olur və evlənir. Dünyanın iki ayrı ucundan olan bu iki insanın münasibəti bir daha bizə “dünya kiçikdir” dedirdir.

Luk Uilkşir – Kristina Dolqopolova

Avstraliyalı futbolçu Uilkşir karyerasındakı uğurları ilə diqqət mərkəzində olmağı bacarmasa da, evliliyi ilə xeyli diqqət cəlb etdi.

Olqa Diyaçenko – Obi Mikel

Con Obi Mikel də Rusiyada evlənən futbolçuların siyahısındadır. Olqayla evlənən futbolçunun bu evlilikdən iki uşağı var.

Yuliya Koroleva – Albert Riera

Bir vaxtlar “Qalatasaray”ın də şərəfini qorumuş Riera, böyük bir toy mərasimi ilə Yuliya ilə evlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button