İran millisinin üzvü “Bayer”də – rəsmi

Rusiyanın “Zenit” klubunun futbolçusu Sərdar Azmun karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, iranlı hücumçu Bundesliqa təmsilçisi “Bayer”lə müqavilə imzalayıb. Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azmunla müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

27 yaşlı hücumçu 2022-ci ilin yayına qədər “Zenit”də çıxış edəcək, iyulda isə azad agent kimi “Bayer”ə qoşulacaq.

Azmun bu mövsüm “Zenit”lə 21 oyunda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button