Azərbaycanlı futbolçunun komandası Premyer Liqada

Rusiyanın “Ximki” klubu yeni mövsümdə Rusiya Premyer Liqasında mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, bu barədə Moskva vilayətinin idman naziri Roman Teryuşkov “RİA Novosti”yə açıqlamasında bildirib. O, “Ximki”nin yeni mövsümdə Premyer Liqada olacağını deyib.

Rusiya Milli Futbol Liqasında (FNL) ikinci yeri tutaraq, Premyer Liqasına vəsiqə qazanan “Ximki”nin maliyyə problemlərinə görə yenidən FNL-də mübarizə aparacağı iddia olunurdu.

“Ximki”də azərbaycanlı futbolçu Kamran Əliyev forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button