Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzaladı

Rusiyanın “Ximki” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu “Olimp-Dolqoprudni” olan azərbaycanlı futbolçu İlay Sadıqovla müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Ximki”də daha bir azərbaycanlı futbolçu – Kamran Əliyev də çıxış edir.

“Ximki” Premyer Liqada ötən mövsümü 8-ci sırada bitirib.

İlay ötən mövsüm “Olimp-Dolqoprudni” ilə 25 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button