“Spartak” baş məşqçisi ilə vidalaşdı
Rusiyanın “Spartak” (Moskva) klubunda baş məşqçi Ruy Vitoriya ilə yollar ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə, Moskva klubunun rəhbərliyinin portuqaliyalı mütəxəssisi istefaya göndərməklə bağlı qərar qəbul etdiyi bildirilib.
“Spartak” Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Moskva təmsilçisi Rusiya Premyer Liqasında 9-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin