Ayaz Quliyevin “Spartak”da heyətə düşə bilməməsinin səbəbi açıqlandı
Rusiyanın “Spartak” klubu ilə yollarını ayıran Ayaz Quliyevin Moskva təmsilçisində oynamamasının səbəbi məlum olub.
Komanda.az “championat.ru” saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün oynaya bilməyib. O, xəstəliyə görə dərmanlar qəbul edib və bu da futbolçunun kökəlməsinə, formaya düşə bilməməsinə səbəb olub. Yarımmüdafiəçi bu səbəbdən “Spartak”da heyətə düşə bilməyib.
Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. O, bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb. Quliyev rəsmi oyuna çıxmasa da, komandada məşqlərini davam etdirirdi.
“Spartak” mayın 11-də Quliyevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Yarımmüdafiəçinin “Rostov”la müqavilə imzalayacağı gözlənilir.
Bizi Facebook-da izləyin