Sabiq “Barselona”lının oğlu Rusiya klubunda
Rusiyanın “Spartak” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Moskva təmsilçisi “Norçöpinq”dən Yordan Larssonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Yordan “Barselona” və “Mançester Yunayted”in sabiq hücumçusu Henrik Larssonun oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin