Quliyevin komandasında baş məşqçi istefası
Rusiyanın “Spartak” klubu baş məşqçisi Oleq Kononovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kononov Premyer Liqanın 11-ci turunda “Orenburq”a məğlubiyyətdən (1:2) sonra istefa verib və rəhbərlik onun istefasını qəbul edib. Kononov 2018-ci ilin noyabrından “Spartak”ı çalışdırırdı.
“Spartak” Rusiya Premyer Liqasında 11 turdan sonra 14 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
“Spartak”da azərbaycanlı futbolçu Ayaz Quliyev forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin