“Soçi”nin futbolçusu: “Bakıdakı oyunda da belə oynamağa çalışacağıq”
Rusiyanın “Soçi” klubunun futbolçusu Joazinyo Konfrans Liqasının 2-ci mərhələsinin “Keşlə” ilə cavab matçında iştirak edə biləcək.
Komanda.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi artıq sağaıb. Bu barədə o, yerli mətbuata açıqlamasında deyib:
“Əla nəticə əldə etdik. Bakıdakı oyunda da belə oynamağa çalışacağıq. Asan olmayacaq. Daha diqqətli olmalı və addım-addım irəliləməliyik.
Özümü daha yaxşı hiss edirəm. Düşünürəm ki, növbəti matçda oynaya bilərəm. Məşqlərimi davam etdirirəm, hər an oynamağa hazıram”.
“Keşlə” ilk matçda “Soçi”yə 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı iyulun 29-da, Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin