Premyer Liqa klubunda baş məşqçi ayrılığı
Rusiyanın “Soçi” klubu baş məşqçisi Aleksandr Toçilinlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Toçilin 2018-ci ilin yayından “Soçi”ni çalışdırırdı.
“Soçi” hazırda Rusiya Premyer Liqasında sonuncu – 16-cı sırada yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin