
“Rubin”in yeni baş məşqçisi bilindi – rəsmi
Rusiyanın “Rubin” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Kazan təmsilçisinin “sükan”ı Leonid Slutskiyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.
Rusiya milllisinin və ÇSKA-nın sabiq çalışdırıcısı Slutskinin son iş yeri Niderlandın “Vitess” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin