Rusiyanın reytinq xalları silindi

UEFA Rusiyanın klub reytinq xallarını silib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, Rusiya 18-ci yerdən 23-cü pilləyə yuvarlanıb.

Klubların avrokuboklardakı çıxışlarının nəticələrinə əsasən 5 mövsümlük (2018/2019-2022/2023) əmsallar cədvəlindəki dəyişikliyə Rusiya klublarının qitəmiqyaslı yarışlardan kənarlaşdırılmasına baxmayaraq, UEFA İcraiyyə Komitəsinin cari mövsümün əvvəlində ölkənin aktivinə 4,333 xal əlavə etməsi, daha sonra isə onları silməsi səbəb olub.

Həmin qərarın ləğvinə görə, xallarının ümumi sayı 21,882-yə düşən Rusiya beş ölkəni özündən irəli buraxıb. Bunlar Xorvatiya, Yunanıstan, İsrail, Kipr və İsveçdir.

Azərbaycan 16,125 xalla UEFA reytinqində 29-cu pillədə qərarlaşıb. Cari mövsümdə 3,500 xal toplayan Premyer Liqa klublarından yalnız “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirir.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button