AÇ-2020: “Matç” TV-nin daha bir şərhçisi Azərbaycana buraxılmadı
AÇ-2020: Rusiyanın “Matç” TV telekanalının şərhçisi Mixail Mossakovski AÇ-2020-nin oyunları üçün Bakıya buraxılmayıb.
Komanda.az xəbər verir ki, bu barədə Mossakovski özü məlumat yayıb. O, Uels – İsveçrə matçını şərh etmək üçün Bakıya gəlmək istədiyini, lakin Azərbaycana buraxılmadığını deyib:
“Azərbaycana girişimə icazə vermədilər. Uels – İsveçrə oyununu şərh etməli idim. Sərhəddə pasportumda Ermənistan möhürü gördülər və mənə gözləməyimi dedilər. Sonra məni Moskvaya geri qaytardılar. Akkreditasiya təsdiqinə və AFFA-dan verilən kağıza baxmadılar. Bakıdan mənim akkreditasiyamı təsdiqləyiblər və AFFA da mənə dəvət məktubu göndərmişdi.
Bir sözlə, mənim üçün Avropa çempionatı belə başladı”.
Bundan əvvəl “Matç” TV telekanalının şərhçisi, erməni əsilli jurnalist Nobel Arustamyan da Bakıya buraxılmamışdı.
Bizi Facebook-da izləyin