Erməni şərhçi AÇ-2020-nin oyunları üçün akkreditasiya aldı
Rusiyanın “Matç TV” telekanalının erməni şərhçisi Nobel Arustamyana AÇ-2020-nin oyunları üçün akkreditasiya verilib.
Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açqılama verib. O, Arustamyanın AÇ-2020 üçün akkreditasiya aldığını bildirib.
Arustamyan işğal olunduğu vaxt Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib. O, 2020-ci il oktyabrın 5-də Xankəndindən fotosunu paylaşaraq Azərbaycana qarşı saxta ərazi iddiası ilə çıxış edib, milli ədavəti qızışıdıran açıqlamalar verib. Arustamyan daha əvvəl UEFA-nın Azərbaycan Təşkilat Komitəsinin təsdiq cavabı verməməsinə görə turnir üçün akkresitasiya ala bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin