
Portuqaliya millisinin üzvü Moskva klubunda – Rəsmi
Rusiyanın “Lokomotiv” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Moskva təmsilçisi “İnter”dən Joao Marionu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Lokomotiv”də keçirəcək.
Rusiya təmsilçisi mövsümün sonunda 18 milyon avro ödəyərək, Marionun transfer hüquqlarına sahib ola bilər.
2016-cı ildən “İnter”də çıxış edən 26 yaşlı yarımmüdafiəçi, 43 dəfə də Portuqaliya millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin