
Baş məşqçisi Ramil Şeydayev haqda: “Hücumçu qol vurmalıdır”
Rusiyanın “Dinamo” klubunun baş məşqçisi Dmitri Xoxlov Premyer Liqanın 6-cı turunda “Lokomotiv”ə məğlub olduqları oyundan (1:2) sonra fikirlərini bildirib.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xoxlov, qarşılaşmada 90 dəqiqə mübarizə aparan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxışından da danışıb:
“Ramil ondan tələb olunan işləri yerinə yetirir. Düzdür, onda hər şey istədiyi kimi alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, onunla bağlı hər şey düzələcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin