Azərbaycanlı hücumçunun əvəzinə Azərbaycan millisinə qol vuran futbolçu

Rusiyanın “Dinamo” klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisi Slovakiya millisinin və “Jilina”nın üzvü Robert Bojeniki transfer etmək niyyətindədir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Dinamo” 20 yaşlı hücumçunu icarəyə götürməyi planlaşdırır.

Bojenik AÇ-2020-nin seçmə mərhələsində Slovakiya millisinin Azərbaycanı 2:0 hesabıyla məğlub etdiyi oyunda ilk qolun müəllifi olmuşdu. O, Slovakiya çempionatında bu mövsüm 16 oyunda 3 qol vurub.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də “Dinamo”da forma geyinir. Lakin Ramilin qış fasiləsində Moskva klubundan ayrılacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button