Kramarenkonun klubunda yeni baş məşqçi

Rusiyanın ÇSKA klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisinin “sükan”ı İvitsa Oliçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı xorvatiyalı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Oliç, məşqçi karyerasında ilk dəfə bir komandaya baş məşqçi təyin olunub. O, bundan əvvəl Xorvatiya yığmasında baş məşqçi Zlatko Daliçin köməkçisi idi.

Oliç futbolçu kimi 2003-2006-cı illər aralığında ÇSKA-da çıxış edib. Sabiq hücumçu Almaniyada “Hamburq”, “Bavariya”, “Herta” kimi klublarda da forma geyinib.

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button