Xorvatiya millisinin üzvü Rusiya klubunda

Rusiyanın ÇSKA klubu son mövsümü icarə əsasında komandada keçirən Nikola Vlasiçin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə, ÇSKA-nın futbolçunun məxsus olduğu “Everton”la razılaşdığı və Vlasiçlə 5 illik müqavilə imzalayacağı bildirilir.

Xorvatiya millisinin də formasını geyinən Vlasiç, son mövsümdə 31 qarşılaşmada iştirak edərək, 8 qol vurub.

Futbolçunun adı Türkiyənin “Beşiktaş” klubu ilə də hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button