“Bu məğlubiyyəti unutdurmağa çalışacağıq” – “Arsenal”ın futbolçusu
Rusiyanın “Arsenal” klubunun futbolçusu Mixail Levaşov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunundan sonra fikirlərini bildirib.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qapıçı 0:3 hesabıyla məğlub olduqları matç haqda bunları deyib:
“İlk hissədə yaxşı oynadıq, bir neçə qol imkanımız oldu. Normal bir oyun oldu. Məğlubiyyəti avrokuboklarda təcrübəmizin olmamasına bağlamıram.
Avropa Liqasında iştirak etmək Tula üçün əlamətdar hadisə idi, çalışdıq və mübarizəmizi apardıq. Qarşıda çempionat oyunlarımız var. Bu məğlubiyyəti unutdurmağa çalışacağıq”.
“Neftçi” “Arsenal”ı ilk oyunda 1:0, cavab matçında isə 3:0 hesabıyla məğlub edərək, Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib. “Ağ-qaralar” bu mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin