Lunyovun “Qarabağ”ın düşərgəsinə qoşulacağı vaxt məlum olub
Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün “Qarabağ”ın düşərgəsinə qoşulacaq.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə “Championat” nəşrinə açıqlamasında deyib.
Martın 23-də Rusiya yığmasının təlim-məşq toplanışı başa çatıb. Daha əvvəl komandanın Paraqvay millisi ilə yoldaşlıq görüşü ölkədəki terror aktına görə ləğv edilib. Qarşılaşma bu gün keçirilməli idi.
Rusiya millisi martın 21-də Serbiyanı 4 cavabsız qolla üstələyib. Lunyov bu matçda meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin