Rusiyalı qapıçı: “Qarabağ”ın nəticəsi tamamilə gözlənilən idi”

“Qarabağ”ın sabiq qapıçısı, hazırda “Dinamo”da (Moskva) çıxış edən Andrey Lunyov komandanın UEFA Çempionlar Liqasının ilk iki turunda “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub etdiyi oyunlardan danışıb.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan Lunyov, Azərbaycan çempionu barədə bunları deyib:

“Qarabağ”ın nəticəsi tamamilə gözlənilən idi. Afərin. Onlar öz fəlsəfələrindən əl çəkmirlər və bu, öz bəhrəsini verir”.

Lunyov 2023/24 mövsümündə “Qarabağ”ın qapısını qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button