“Ronaldo mənə mesaj yazdı” FOTOLAR

Rusiyalı model və aparıcı Viktoriya Odinçova Kriştiano Ronaldonun ona yazdığı mesaj barədə danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı model, qonaq olduğu “Makarena” verilişində “Yuventus”un hücumçusunun əvvəllər ona “instagram”da mesaj yazdığını, ancaq portuqaliyalı futbolçuya cavab vermədiyini deyib:

“Çox əvvəl idi. Ronaldo mənə mesaj yazdı: “Salam, necəsən?” Mən də cavab vermədim və mesajı sildim”.

Viktoriya daha sonra hazırda Corcina Rodriqeslə birlikdə olan Ronaldo haqda danışmaq istəməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button