Rus məşqçi qazaxlarla danışmaq üçün Astanaya gedib – Azərbaycan millisinə namizəd idi

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Qazaxıstan yığması ilə danışıqların son mərhələsini keçirmək üçün Astanaya gedib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis qazaxlarla bir il uzadılması ehtimalı ilə iki illik müqavilə imzalamağa yaxındır.

Çerçesovun son iş yeri iki dəfə Macarıstan çempionatının və kubokunun qalibi olduğu “Ferentsvaroş” olub. Bundan əvvəl Maqomed Adiyevin Qazaxıstan millisinin baş məşqçi postunu tərk etdiyi açıqlanmışdı.

Çerçesov Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədlərdən biri kimi göstərilirdi. Hətta, rusiyalı mütəxəssis açıqlamalarında Azərbaycanda işləməyin əleyhinə olmadığını demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button