Abramoviç La Liqa klubunu ala bilər
Rusiyalı iş adamı Roman Abramoviç yeni futbol klubu ala bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
“Çelsi”nin keçmiş sahibi “Valensiya”nı almaqda maraqlıdır. Mənbə qeyd edir ki, “Valensiya” azarkeşləri ümumiyyətlə, hadisələrin bu cür inkişafına qarşı deyillər, çünki onlar ümid edirlər ki, mümkün dəyişikliklə klubun mövqeyi nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq.
2022-ci il martın 11-də İngiltərə Premyer Liqası rəhbərliyi Abramoviçi Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edildiyi üçün “Çelsi” klubunu idarə etməkdən uzaqlaşdırıb. Bu səbəbdən, “Çelsi”nin hesabları tamamilə bağlanıb və klub müflis olmaq təhlükəsi ilə üzləşib. Nəticədə, Abramoviç 2022-ci ilin mayında “Çelsi”ni amerikalı iş adamı Todd Boulinin konsorsiumuna satıb. Əməliyyat məbləği 4,25 milyard funt sterlinq (təxminən 5 milyard avro) təşkil edib.
“Valensiya” La Liqada 27 matçda 40 xal toplayıb və turnir cədvəlində 8-ci yerdədir.
Bizi Facebook-da izləyin