Rusiyalı idmançının qardaşı Ukraynadakı hərbi əməliyyatda öldü
Rusiyalı kikbokçsu, qarışıq döyüş növləri üzrə “Döyüş gecələri”nin çempionu Vladimir Mineyev Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qardaşı Pyotr Mineyevin öldüyünü açıqlayıb.
Komanda.az xəbər verir ki, idmançı bu barədə “teleqram” kanalında yazıb:
“Dostlar, dünya çökdü və alt-üst oldu, həyat kəskin şəkildə dəyişdi. Amma həyat yenə də davam edir”.
30 yaşlı Pyotr Mineyev müqavilə əsasında Ulyanovskda yerləşən hava-desant briqadasında xidmət edib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin