Rusiyalı futbolçu “Beşiktaş”ın təklifini qəbul etməyib

Türkiyənin “Beşiktaş” klubu “Zenit”in hücumçusu Daler Kuzyayevlə maraqlanır.

Komanda.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəşin də heyətdə görmək istədiyi rusiyalıya mövsümlük 1,5 milyon avro maaşla 2+1 illik müqavilə təklif edilib. Kuzyayev təklifi qəbul etməyib. O, illik qazancının 2 milyon avroya yüksəldilməsini tələb edib.

Kuzyayevin transferi reallaşsa, o, azad agent kimi “Beşiktaş”a keçəcək. Bu səbəbdən, futbolçu bonuslardan da qazanc əldə etmək istəyir. Bu cür ödənişlər Türkiyə klubunun daxili siyasətinə zidd olduğuna görə tərəflər problemin həllinə nail olmaq üçün müxtəlif üsullar düşünürlər. Danışıqların gələn həftənin əvvəlində yekunlaşacağı gözlənilir.

Kuzyayev 2017-ci ilin yayından “Zenit”də çıxış edir. O, 2022/23 mövsümündə 26 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button