Rusiyalı döyüşçü İslam dinini qəbul edib
Rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenko İslam dinini qəbul edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vladimir Mineyev və Roman Kopılovun məşqçisi Rəsul Maqomedəliyev məlumat yayıb. Mütəxəssis bildirib ki, 42 yaşlı rus döyüşçü artıq Mədinə ziyarətinə gedib:
“Bütün müsəlmanların yüz faizi ora gedir. Ona görə də, onun qəbul edib-etmədiyi sual ola bilməz”.
O, Aleksandra alkoqol asılılığını aradan qaldırmağa kimin kömək etdiyini də söyləyib:
“İnquş qardaşlarımız onu ayağa qaldırdılar. Ümid edirəm ki, o, bir daha bu işə qayıtmayacaq”.
Yemelyanenkonun özü İslamı qəbul etməsi ilə bağlı məlumatı hələlik təsdiqləməyib. O, 2023-cü ilin yayından İnquşetiyadakı reabilitasiya mərkəzlərindən birindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin