
Tahir Gözəl: “Rusiyadan olan azarkeşlərin oyunumuza gəlməsinə çox sevinirəm”
“Qarabağ”ın prezidenti Tahir Gözəl “Çelsi” ilə keçirilən UEFA Çempionlar Liqasının 4-cü tur matçında (2:2) Rusiyadan gələn azarkeşlərə təşəkkür edib.
Komanda.az xəbər verir ki, o, “Çempionat” nəşrinə açıqlamasında belə deyib:
“Rusiyadan olan azarkeşlərin oyunumuza gəlməsinə çox sevinirəm. “Qarabağ”ın belə dəstəyi olması bizi qürurlandırır. Rusiya ilə münasibətlərimiz və ortaq tariximiz çox yaxşıdır. Belə dəstəyə yalnız sevinmək olar”.
“Qarabağ” dörd turdan sonra 7 xalla Çempionlar Liqasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda bu turnirdə növbəti oyununu noyabrın 25-də, İtaliyada “Napoli”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



