“Rusiyadan bir-iki futbolçu ilə danışıq aparırıq” – Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 34-cü turunda səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyunu (4:0) şərh edib.
Komanda.az xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çox önəmli matç idi. Futbolçulara təşəkkür edirəm. Onlar öz peşəkarlıqlarını göstərdilər. Bu matç komandanın turnir cədvəlindəki mövqeyini dəyişmirdi. Buna baxmayaraq gözəl oyun sərgilədik. Pressinqdə aktiv idik, sürətli hücumlar gördük. Bir az hakimlik barədə danışmaq istəyirəm. Qələbə qazandığımıza görə demirəm, bu gün hakim oyunu yaxşı idarə etdi, sərt oynamağa imkan verdi. Bu, çox xeyirlidir. Dünən Çempionlar Liqasının yarımfinal matçına baxdıq. Orada da hakim oyunun tempini yüksək tutdu.
Rusiyada çıxış edən bir-iki futbolçu ilə danışıq aparırıq. Orada oyunçulara ödənilən məvacib yüksək olsa da, danışıqlar davam edir. Hər mövqeyə oyunçu istəyirik. Ümid edirəm ki, təlim-məşq toplanışına qədər əsas futbolçuları transfer edə biləcəyik. Azərbaycana keyfiyyətli oyunçu gətirmək çətindir”.
O, müqavilə ilə Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına məxsus olan Aleksey Kaşuku saxlamaq istədiklərini söyləyib: “Ola bilər ki, klubu onu geri qaytarsın. Bu məsələdə hələ yenilik yoxdur”.
Bizi Facebook-da izləyin