“Rusiyada qalanlar kişilərdir” – azərbaycanlı futbolçu

Tula “Arsenal”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev legionerlərin Rusiya Premyer Liqasını tərk etməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “İzvestiya”-ya istinadən xəbər verir ki, Quliyev, Rusiyanı tərk etməyənləri “kişi” adlandırıb:

“Bu barədə heç nə deməyəcəm. Nə vaxtsa bir-birimizi görsəydik, o zaman hamı bir-biri ilə danışardı: nə, necə, niyə? Rusiyada qalanlar isə hər halda, kişilərdir. Başqa nə demək olar? Yalan danışmayacam: Zuriko Davitaşvili (gürcüstanlı futbolçu) komanda ilə vidalaşmadı”.

Quliyev Moskva “Spartak”ının yetirməsidir. O, bu mövsüm 23 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button