Rusiyada futbol oyunları təxirə salına bilər
Futbol üzrə Rusiya Premyer Liqasının fevralın 26-na nəzərdə tutulan 19-cu turunun oyunları təxirə salına bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında başlanan hərbi münaqişəyə görə Soçi, Krasnodar və Rostovdakı aeroportların fəaliyyəti dayandırılıb. Hazırda Rusiya Futbol İttifaqı və Premyer Liqa rəhbərliyi qarşıdakı turla əlaqədar məsələlərin həllini müzakirə edir. Yaxın vaxtlarda yekun qərar veriləcək.
Rusiyanın başlatdığı müharibə ilə əlaqədar artıq Ukraynada futbol yarışları dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin