Rusiyada çempion bəlli oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, ötən mövsümün də qalibi olan “Zenit” bu mövsümü yenə çempion kimi başa vurub.

Sankt-Peterburq təmsilçisi buna 26-cı turda “Krasnodar” üzərində 4:2 hesablı qələbə sayəsində nail olub. Sergey Semakın baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış xalını 62-yə çatdıraraq, ən yaxın izləyicisi, 49 xala malik “Lokomotiv” üçün əlçatmaz olub.

Beləliklə, “Zenit” ardıcıl 2-ci, tarixdə isə 6-cı dəfə Rusiya çempionluğuna yiyələnib və Moskva ÇSKA-sına çatıb. Ən çox qızıl medallara isə Moskva “Spartak”ı sahib çıxıb – 10 dəfə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button