Çerçesov Rusiya millisindən qovulub?

Rusiya yığmasının baş məşqçi postundan ayrılan Stanislav Çerçesov açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan 57 yaşlı mütəxəssis, millidəki işindən qovulmadığını bildirib:

“Məni qovmadılar. Bu, vacib məqamdır. Məşqçilər heyəti tərəfindən müqavilədə göstərilən bütün tapşırıqlar yerinə yetilirilib. Dünən federasiya rəsmiləri ilə görüşdük, danışdıq, vəziyyəti müzakirə etdik. Sonda qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq.

Yeni gələcək baş məşqçiyə uğurlar arzu edirəm. İstəyirəm ki, onlar dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq tapşırığını yerinə yetirsinlər”.

2016-cı ildən Rusiya yığmasında baş məşqçilik edən Çerçesov dünən işindən ayrılıb. Rusiya mətbuatı mütəxəssisin AÇ-2020-dəki uğursuz çıxışa görə postundan qovulduğunu iddia edirdi.

Rusiya millisi AÇ-2020-də B qrupunu sonuncu bitirib. Ruslar burda Belçika, Danimarka və Finlandiya ilə mübarizə aparırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button