Rusiya yığmasında koronavirus şoku

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Türkiyə milli komandası ilə qarşılaşacaq Rusiya yığmasında koronavirus şoku yaşanır.

Komanda.az xəbər verir ki, komandanın üç futbolçusunda koronavirus aşkarlanıb.

Söhbət Mario Fernandes, Georgi Cikiya və Marinato Gilyermedən gedir. Koronavirus testi müsbət nəticə verən futbolçular dərhal millidən kənarlaşdırılıblar və karantinə alınıblar.

Qeyd edək ki, sabah keçiriləcək Rusiya – Türkiyə matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button