Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı
AÇ-2019-un elit-raund mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yer aldığı 1-ci qrupda 2-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk turda yığmamızla qolsuz heç-heçəyə razılaşan Rusiya seçməsi bu dəfə rumıniyalı həmyaşıdları ilə qarşılaşıb. Bu matçda da hesab açılmayıb.
Beləliklə, millimizdən sonra Rusiya və Rumıniyanın da qrupda qalması rəsmiləşib.
Qeyd edək ki, iki turdan sonra maksimum nəticə qazanan İrlandiya seçməsi vaxtından əvvəl qrup qalibi olub və final mərhələsinə vəsiqə əldə edib. Bu mərhələnin oyunları iyul ayında Ermənistanda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin