Rusiya və Ukraynaya “atəşi dayandırın!” çağırışı

FİFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı ərzində Rusiya və Ukraynaya atəşkəs çağırışı edib.

Komanda.az xəbər verir ki, İndoneziyanın Bali adasında davam edən G20 liderlər zirvəsində İnfantino Rusiya və Ukraynaya müraciət ünvanlayıb.

İnfantino rəsmi görüşdə mundial üçün atəşkəs çağırışı edib. O, futbolun idmandan daha artıq bir şey olduğunu ifadə edərək, bunları deyib:

“Hamınızdan xahişim dünya çempionatı ərzində bir ay müvəqqəti də olsa, atəşkəsi düşünməyinizdir. Siz dünya liderlərisiz, tarixin gedişatına təsir etmək bacarığınız var. Müharibəni sonlandırmağa başlamaq üçün bu fürsəti dəyərləndirək”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək.

Bu ilin fevralında Rusiya Ukraynaya hücum edib və müharibə hələ də davam edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button