Rusiya UEFA və FİFA-dan CAS-a şikayət etdi
Rusiya Futbol İttifaqı (RFS) UEFA və FİFA-nın ölkənin bütün milli komandalarını və klublarını bütün yarışlardan kənarlaşdırmaqla bağlı qərarına etiraz əlaməti olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Komanda.az xəbər verir ki, RFS iddia ərizəsində məsələyə tez baxılmasını tələb edib.
RFS UEFA və FİFA-nın qərarının heç bir hüquqi əsasının olmadığını vurğulayıb.
Xatırladaq ki, FİFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin