“Rusiya sanksiyalara hazır idi, amma…” – Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov, rusiyalı idmançılara qarşı da sanksiyalar olacağını gözləmədiyini deyib:

“Rusiya sanksiyalara hazır idi, amma rəsmi Moskva onların idmançılara, jurnalistlərə, mədəniyyət sektorunun nümayəndələrinə qarşı tətbiq ediləcəyini gözləmirdi”.

Fevralın 28-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) idman federasiyalarına rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına icazə verməməyi tövsiyə edib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button